AZ

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

ABŞ Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib.
BUTA.TVReport-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu Yorkda jurnalistlərə açıqlamasında deyib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. "Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.

Seçilən
12
6
buta.tv

7Mənbələr