EN

ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib » AzadMedia.az


ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib.

Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.
Chosen
13
9
azadmedia.az

8Sources