EN

“Qarabağ” daha iki oyunçusunu onlara icarəyə verib

"Qarabağ" daha iki futbolçusunu "Şamaxı"ya birillik icarəyə verməyə razılaşıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Amin Rzayev və Davud Məsimov gələn mövsümü "şirlər"in düşərgəsində keçirəcək.

Onlar Qurban Qurbanovun diqqət mərkəzində olan gənclərdir.

Amin Avstriya toplanışına aparılıbsa, Davud zədə səbəbindən qafilədən kənarda qalıb.

Ağdam təmsilçisi daha öncə Nihat Mehrəliyevi "Şamaxı"ya göndərib. Ötən sezon Əvəzedicilər Liqasında çıxış etmiş forvard təsadüfən Ayxan Abbasovun diqqətini çəkməyib.

"Şamaxı" ilə paralel olaraq U-21 yığmasını çalışdıran mütəxəssis onu milliyə də cəlb edib.

Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub.

Yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda olub.

"Qarabağ" gənc oyunçuları bir şərtlə əyalət təmsilçisinin düşərgəsinə göndərib. Belə ki, şirvanlılar onları rəsmi oyunların ən azı 50 faizində meydana buraxmalıdır.

İdman.biz

Chosen
11
1
idman.biz

3Sources