«Qarabağ» hücumçusunu «Şamaxı»ya icarəyə verib.
Nihad Mehrəliyev gələn mövsümü «şirlər»in düşərgəsində keçirəcək.
Ötən sezon Əvəzedicilər Liqasında çıxış etmiş forvard təsadüfən Ayxan Abbasovun diqqətini çəkməyib.
«Şamaxı» ilə paralel olaraq U-21 yığmasını çalışdıran mütəxəssis onu milliyə də cəlb edib.
«Qarabağ» gənc oyunçusunu bir şərtlə əyalət təmsilçisinin düşərgəsinə göndərib. Belə ki, şirvanlılar Nihadı rəsmi oyunların ən azı 50 faizində meydana buraxmalıdır.
SPORTİNFO.AZ