"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisi İsveçdə təşkil olunan yarışın 2-ci turunun matçına çıxıb.
Komanda ilk görüşdə yerli “Myallbu” ilə qarşılaşıb. “Qarabağ” bu oyunda 2:1 hesablı qələbə qazanıb. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.