“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi İsveçdə təşkil olunan yarışın I turunun matçına çıxıb.
“Qarabağ” ilk görüşdə yerli “Myallbu” ilə görüşüb və 2:1 hesablı qələbə qazanıb. İsveç təmsilçisinin qapısına hər iki qolu Əli Əliyev vurub.
İdman.biz