EN

Uğur Erdener Bakıda kamandan oxatanlarla görüşüb – FOTOLAR

Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdenerin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyevlə görüşü baş tutub.

KONKRET.az xəbər verir ki, qonaq milli, yeniyetmə və gənclərdən ibarət yığma komandaların Bakıda açıq havada keçən təlim-məşq prosesini izləyərək, idmançıların hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq arenada uğurlar arzulayıb.

Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən geniş bəhs edib.

Görüş əsnasında tərəflər ölkəmizdə idman sahəsinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.

 

Chosen
16
6
konkret.az

8Sources