Azərbaycan Kamandan Oxatma Federasiyası ilə Dünya Kamandan Oxatma Federasiyası arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.


Rekord.az xəbər verir ki, bu, hər iki qurumun rəhbərlərinin Bakıda baş tutan görüşündə gerçəkləşib.


Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdener Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyevlə bir araya gəlib.


Qonaq əsas milli, yeniyetmə və gənclərdən ibarət yığmaların Bakıda açıq havada keçən təlim-məşq prosesini izləyərək, idmançıların hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq arenada uğurlar arzulayıb.


Anar Quliyev ölkəmizdə kamandan oxatmaya artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən geniş bəhs edib. Görüşdə həmçinin ölkəmizdə idman sahəsinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.