EN

Sabah hava necə olacaq? - PROQNOZ

İyulun 15-i gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu proqnozlaşdırılır. Nisbi rütubət gecə 65-70%, gündüz 35-40% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturugecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

Chosen
20
49
redaktor.az

10Sources