EN

“Neftçi” üçün İsrail və Polşa klubları

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, “ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel” (Təl-Əviv), 22-də isə Polşanın “Termalitsa” (Nyeçetşa) klubu ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, hazırlıq prosesinə iyunun 25-də başlamış “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-nə qədər Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras” (Tripolis, Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.

Chosen
16
25
arena.az

10Sources