EN

Anar Quliyev Uğur Erdenerlə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edib - FOTO

Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdener Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyevlə görüşüb.

İdman.biz xəbər verir ki, qonaq yeniyetmə və gənclərdən ibarət yığma komandaların Bakıda açıq havada keçən təlim-məşq prosesini izləyərək, idmançılarımızın hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq arenada uğurlar arzulayıb.

Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılar üçün yaradılan şəraitdən geniş bəhs edib. Görüşdə, həmçinin ölkəmizdə idman sahəsinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İdman.biz

Chosen
19
2
idman.biz

8Sources