EN

"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq

BAKI, 14 iyul. TELEQRAF

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, ayın 22-də isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq komanda digər yoxlama görüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.

Chosen
5
25
teleqraf.com

10Sources