EN

“Qazandığımız nəticə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı” - Millinin basketbolçusu

“Zəfərimizin əsas sirri komandada birliyin olması və oyunçular arasında yaxşı ünsiyyətdir. Bütün matçları yüksək enerji ilə keçirdik. Bu, qalibiyyət üçün önəmli idi. Komandamla qürur duyuram.Qazandığımız nəticə Azərbaycan basketbolu tarixinə qızıl hərflərlə yazıldı”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova Dünya Seriyasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən mərhələsinin qalibi olmaları barədə danışarkən deyib.

Təcrübəli basketbolçu qarşıdakı turnirlərdə də medal qazanmaq istədiklərini söyləyib:
 

“Dünya Seriyası Avropa Kuboku üçün yaxşı hazırlıq oldu. Azərbaycanda iki turnirimiz olacaq. Bundan əvvəl isə Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunacaq Avropa Kubokunda medal üçün mübarizə aparacağıq. Bu yarışda da ölkəmizi layiqincə təmsil etmək istəyirik”.


Qeyd edək ki, Azərbaycan yığması Buxarest mərhələsinin finalında ABŞ-ın "Sietl" klubuna 21:18 hesabı ilə qalib gəlib. Turnirin ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.

Bizim.Media

Chosen
19
2
bizim.media

3Sources