EN

“Turan Tovuz” Diniyevli “Çorum”la qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda iyulun 19-da Türkiyənin Birinci Liqa təmsilçisi “Çorum” ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Çorum”da Azərbaycan millisinin dayaq yarımmüdafiəçisi Coşqun Diniyev çıxış edir. Azərbaycanlı futbolçunun da bu oyunda öz həmyerlilərinə qarşı oynaması gözlənilir.

Chosen
29
5
arena.az

6Sources