EN

"Çelsi" PSJ-ni darmadağın edərək Klublararası Dünya Çempionatının qalibi oldu

2025-ci il Klublararası Dünya Çempionatının "Çelsi" ilə PSJ arasında final oyunu başa çatıb. Komandalar İst- Raterfordda (ABŞ) “MetLife” Stadionunda qarşılaşıblar. Matçın baş hakimi Əlireza Fəqani (İran) olub.

ABŞ prezidenti Donald Tramp matça qatılıb və daha sonra FİFA prezidenti Canni İnfantino ilə birlikdə qalib komandaya mükafatı təqdim edib.

22-ci dəqiqədə London klubunun yarımmüdafiəçisi Koul Palmer Malo Qustonun ötürməsi ilə hesabı açıb. Matçın 30-cu dəqiqəsində Palmer Levi Kolvelin məhsuldar ötürməsi ilə dubla imza atıb. 43-cü dəqiqədə Joao Pedro Koul Palmerin ötürməsi ilə parislilərin qapısına 3-cü qolu vuraraq yekun hesabı müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, 86-cı dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Joau Neveş "Çelsi"nin müdafiəçisi Mark Kukurellanın saçından tutaraq kobudluğa görə qırmızı vərəqə alıb və bununla da parislilər oyunu 10 nəfərlə başa vurub.

"Çelsi"nin baş məşqçisi Enzo Mareska bildirib ki, komandası Klublararası Dünya Çempionatının finalında PSJ-yə qarşı ilk on dəqiqədə qalib gəlib.

"Çelsi" üçün bu, mövsümün ikinci kubokudur. Bundan əvvəl londonlular Konfrans Liqasının qalibi olub.

Londonun "Çelsi" klubu Klublararası Dünya Kubokunu qazandığı üçün 120 milyon dollar alacaq, “The Athletic” xəbər verir.

Londonlular həmçinin 4 il formalarına xüsusi yamaq nişanı taxmaq hüququ qazanıblar.

Almaz Həsənli

Chosen
44
8
oxumeni.az

9Sources