PSJ Klublararası Dünya Çempionatının finalında "Çelsi"yə 0:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra komandalar arasında gərginliklər yaşanıb. Paris klubunun baş məşqçisi Luis Enrike "Çelsi"nin hücumçusu Joao Pedroya fiziki müdaxilə edib. Buna görə ispaniyalı mütəxəssis cəzalanacaq.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Xəbərdə verilən məlumat görə L. Enrike minimum 3 oyunluq komandasını texniki zonadan idarə edə bilməyəcək.

Qeyd edək ki, "Çelsi" KDÇ-nın yeni formatında qalib olan ilk komanda olub.