EN

Ukraynada yeni hökumət formalaşa bilər

Baş nazir Denis Şmıqalın naziri olması, Yuliya Sviridenkonun isə hökumət başçısı olması gözlənilir…

Ukraynada yaxın günlərdə yeni hökumətin formalaşması gözlənilir.

Poliqon xəbər verir ki, RBK-Ukrayna agentliyinin məlumatına görə, hazırkı baş nazir Denis Şmıqal müdafiə naziri postuna namizəd göstərilir. Şmıqal hazırkı nazir Rustem Umerovu əvəz edə bilər. Umerovun isə ABŞ-yə səfir təyin olunması ehtimal edilir.

Yeni hökumətə isə hazırkı baş nazirin birinci müavini Yuliya Sviridenkonun rəhbərlik edəcəyi bildirilir.

Məlumata görə, yeni kabinetdə bəzi nazirliklərin birləşdirilməsi və səlahiyyətlərin yenidən bölüşdürülməsi planlaşdırılır. Bir neçə nazirin vəzifədən azad ediləcəyi gözlənilir, lakin konkret siyahı hələ müəyyən edilməyib.

Qeyd edək ki, prezident Volodimir Zelenski daha əvvəl gələn həftə Ukraynanın maraqları naminə "müsbət dəyişikliklər" olacağını bildirmişdi.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources