EN

DSMF-nin beynəlxalq sertifikat cəhdi nəticəsiz qaldı

Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən elan edilən tender ləğv edilib.

Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR

FED.az xəbər verir ki, tender ISO 9001:2015 standartı üzrə təlim, sertifikasiya və inspeksiya nəzarəti, həmçinin ISO 37001:2016 standartı üzrə audit və sertifikatlaşdırma xidmətlərinin satın alınmasına dair elan edilmişdi. 

Tenderin ləğv edilmə səbəbi təqdim olunan təkliflərin heç birinin satınalma şərtləri toplusunun tələblərinə uyğun olmaması ilə bağlıdır və bu qərar “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinə əsasən verilib.Bu maddəyə görə satınalmada iştirak edən bütün təkliflər tələb olunan şərtlərə cavab vermədikdə satınalma müsabiqəsi qanunla ləğv olunur. 

Ehtimal olunan satınalma dəyəri 68.750 manat təşkil edib. Müsabiqə 16 aprel 2025-ci il tarixində saat 17:51-də dərc olunub, təkliflərin qəbulu və zərflərin açılışı isə 16 may 2025-ci il saat 15:00-da baş tutmalı idi. 

Lakin uyğun təkliflərin olmaması səbəbilə proses dayandırılıb və nəticə etibarilə tender yekunsuz qalıb. 

Chosen
14
fed.az

1Sources