EN

Bitkoin 120 min dolları keçdi


Bitkoinin qiyməti tarixi maksimumunu yeniləyərək 120 min dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 07:41-ə kriptovalyuta 120 min dollara (+1,87%) çatıb. Saat 07:45-ə olan məlumata görə isə Bitkoin artımını sürətləndirərək 121 min dollar həddini keçib.
Xatırladaq ki, iyulun 9-da Bitkoinin qiyməti 100-110 min dollarlıq dəhlizdə ay yarımlıq hərəkətdən sonra yeni tarixi maksimum müəyyən edərək 111 min 999 dollara yüksəlib. Bitkoinin qiyməti sonuncu dəfə 2025-ci il mayın 22-də 111,98 min dollara yüksələrək tarixi maksimumu təyin etmişdi.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Chosen
26
yeniavaz.com

1Sources