EN

Bakıda "Taxta bazarı"nda güclü yanğın – FOTO-VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə yanğın olub.

Bununla bağlı Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.