EN

Son 3 həftədə Yaponiyanın Tokara adaları bölgəsində 2000-dən çox zəlzələ baş verib

BAKI, 14 iyul. TELEQRAF

İyun ayının sonundan Yaponiyanın Tokara adaları bölgəsində 2000-dən çox zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, seysmik aktivlik 21 iyun tarixində başlayıb və hələ də davam edir. Ən güclü təkan iyul ayının əvvəlində qeydə alınıb. Yerin 20 km dərinliyində baş vermiş zəlzələnin maqnitudası 5,5 bal olub. Yeraltı təkanların gücü Yaponiyanın 7 ballıq şkalası üzrə 6 bala çatıb.

Hadisə nəticəsində Akusekidzima adasının bir hissəsinin sakinləri təxliyə edilib.

Chosen
23
teleqraf.com

1Sources