Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakışəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğınbaş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in DövlətYanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlbolunub.
Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğınınyayılmasının qarşısı alınıb.
Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizətədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.