BAKI, 13 iyul. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında HƏMAS və "İslami Cihad" radikal qruplaşmalarının bir neçə səhra komandirini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
“Son iki həftə ərzində İsrail ordusu HƏMAS-ın hərbi qanadının və “İslami Cihad” terror təşkilatının bir neçə komandirini məhv edib. Bu bölmələr terror təşkilatlarının hərbi potensialının bərpası üzərində işləyirdilər”, - bəyanatda deyilir.
İsrail tərəfi məhv edilmiş səhra komandirlərinin silah istehsalı qərargahını və HƏMAS-ın hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa çalışdıqlarını iddia edib.