EN

Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb

Federal Təhlükəsizlik Xidməti (FTX) Nijni Novqorod aeroportunun polis rəisi Namik Musayevin həbs edildiyini bildirir. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İddialara görə, Musayevin qanunsuz miqrantların Rusiyaya daxil olmasına kömək etdiyi ehtimal edilir.

İstintaq məlumatlarına əsasən, Musayev "miqrantların pul müqabilində ölkəyə daxil olmaları üçün sxem yaradıb". 

Bundan əlavə, onun bölgədəki azərbaycanlı diasporası ilə yaxın əlaqələrinin olduğu və ehtimal ki, bu əlaqələri öz maraqları üçün istifadə etdiyi bildirilib.

Chosen
28
8
anews.az

10Sources