EN

Nijni Novqorod aeroportunun polis rəisi Namiq Musayev saxlanıldı

BAKI, 13 iyul. TELEQRAF

Nijni Novqorod aeroportunun polis şöbəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiya kanalının təşkili ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyi (DİN) şöbə rəisinin saxlanılması faktını təsdiqlənib.

Bildirilir ki, DİN-in nəqliyyat polisinin əməkdaşlarının Rusiya Federal Təhlükəsizlik Xidmətinin Nijni Novqorod vilayəti üzrə idarəsindəki həmkarları ilə birgə apardığı əməliyyat çərçivəsində bir qrup şəxsin qanunsuz hərəkətləri müəyyən edilib.

"İlkin məlumata görə, Nijni Novqorod vilayətinin sakini Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozan xarici vətəndaşların inzibati məsuliyyətə cəlb edilməməsi üçün dəfələrlə hərəkətlər edib. Bunun üçün o, Nijni Novqorod hava limanındakı polis şöbəsinin fəaliyyətdə olan əməkdaşları ilə cinayət əlaqəsinə girib, həmçinin qanunsuz hərəkətlərə digər şərikləri də cəlb edib", - qurumun mətbuat xidməti bildirib.

İttihamlar təsdiqlənərsə, iş üzrə şübhəlilər daxili işlər orqanlarından xaric ediləcəklər.

Chosen
32
2
teleqraf.com

3Sources