EN

Yoahim Löv Özbəkistan yığmasının baş məşqçisi ola bilər

BAKI. 13 iyul. TELEQRAF

Futbol üzrə Almaniya milli komandasının sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan yığmasına rəhbərlik edə bilər.

Teleqraf "Championat.Asia"ya istinadən xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyası 65 yaşlı mütəxəssislə danışıqlar aparır.

Löv təklifi qəbul etsə, hazırkı baş məşqçi Timur Kapadze onun məşqçilər heyətinə daxil olacaq.

Özbəkistan millisi tarixində ilk dəfə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, Yoahim Löv 2006 - 2021-ci illərdə Almaniya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında Bundestim DÇ-2014 və Konfederasiyalar Kuboku-2017-nin qalibi olub. 2021-ci ildən sonra təcrübəli mütəxəssis heç bir komandada baş məşqçi kimi çalışmır.

Chosen
31
teleqraf.com

1Sources