Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, imtahanda iştirak edən 91 namizəddən 40 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.
Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcək
5Sources
-
publika.azƏdliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi ( 19242646)
-
demokrat.azƏdliyyə orqanlarına qulluğa qəbulla bağlı 91 namizəd imtahan verib ( 19242376)
-
apa.azƏdliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib - FOTOLENT ( 19241581)
-
teleqraf.comƏdliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi ( 19241515)
-
ucnoqta.azƏdliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilib - 40 nəfər... ( 19241482)