Bakı. Trend:
40 yaşlı Santi Kasorla futbol karyerasını daha bir mövsüm davametdirmək qərarına gəlib.
Trend xəbər verirki, təcrübəli yarımmüdafiəçi doğma klubu "Ovyedo" ilə 2025/2026mövsümünün sonuna qədər yeni müqavilə imzalayıb.
Kasorla "Ovyedo"nun yetirməsidir və 2023-cü ildə uzun illərsonra bu kluba qayıdıb. O, komandanın İspaniya La Liqasınayüksəlməsində mühüm rol oynayıb. "Ovyedo" pley-off finalında"Mirandes" üzərində penalti seriyasında qalib gələrək (0:1, 3:1)yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, Santi Kasorla karyerası ərzində "Vilyarreal","Malaqa", "Arsenal" kimi tanınmış klublarda forma geyinib. O,İspaniya millisinin heyətində AVRO-2008 və DÇ-2012-nin qalibiolub.