Tennis üzrə "Böyük Dəbilqə" seriyasından olan Uimbldon turnirində qadınların yarışı tarixi hadisə ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, qeyri-adi məqam Amanda Anisimova (ABŞ) - İqa Şvyontek (Polşa) finalında yaşanıb.

Belə ki, İ.Şvyontek ilk dəfə "Böyük Dəbilqə"də final həyəcanı yaşayan rəqibini cəmi 57 dəqiqəyə məğlub edib - 6:0; 6:0.

Bu hesab Uimbldonda 1911-ci ildən - 114 illik fasilədən sonra birinci dəfə qeydə alınıb.

Beləliklə, Polşa tennisçisi karyerasında 6-cı dəfə "Böyük Dəbilqə" seriyasının qalibi olub.