EN

Mahir yenə qol vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in (Almaniya) heyətində növbəti matça çıxıb.

Sportinfo.az xəbər verir ki, o, İngiltərənin statusuna görə 4–cü liqa hesab edilən Liqa-2 təmsilçisi “Notts Kauint”yə qarşı yoxlama görüşünün iştirakçısı olub.

Emreli start heyətdə meydana çıxıb.

Görüş 4:0 hesabı ilə alman təmsilçisinin xeyrinə başa çatıb. Qollardan 3-ü ilk 10 dəqiqədə vurulub ki, onlardan da birinin müəllifi M.Emreli olub.

Chosen
33
10
sportinfo.az

10Sources