EN

Makron ABŞ-ın Avropa İttifaqı məhsullarına tarif tətbiq etmək qərarını pisləyib

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın avqustun 1-dən Avropa İttifaqından idxal olunan məhsullara 30 faizlik tarif tətbiq etmək planlarını kəskin şəkildə tənqid edib.

APA xəbər verir ki, bu barədə dövlət başçısı "X" hesabında paylaşım edib.

“Avropa Komissiyasının Prezidenti ilə birlikdə Fransa 1 avqustdan etibarən Aİ-dən ABŞ-a ixrac olunan məhsullara dair 30 faizlik tariflərin tətbiqi qərarına qəti şəkildə qarşı çıxır”, – deyə Makron bəyan edib.

O vurğulayıb ki, Avropa Komissiyası ilə ABŞ arasında aparılan danışıqlar Aİ tərəfindən ciddi təkliflər əsasında qurulsa da, nəticə etibarilə razılıq əldə olunmayıb.

Chosen
17
1
apa.az

2Sources