AZ

Makron ABŞ-ın Avropa İttifaqı məhsullarına tarif tətbiq etmək qərarını pisləyib

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın avqustun 1-dən Avropa İttifaqından idxal olunan məhsullara 30 faizlik tarif tətbiq etmək planlarını kəskin şəkildə tənqid edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “X” hesabında paylaşım edib.

“Avropa Komissiyasının Prezidenti ilə birlikdə Fransa 1 avqustdan etibarən Aİ-dən ABŞ-a ixrac olunan məhsullara dair 30 faizlik tariflərin tətbiqi qərarına qəti şəkildə qarşı çıxır”, – deyə Makron bəyan edib.

O vurğulayıb ki, Avropa Komissiyası ilə ABŞ arasında aparılan danışıqlar Aİ tərəfindən ciddi təkliflər əsasında qurulsa da, nəticə etibarilə razılıq əldə olunmayıb.

Seçilən
4
1
nocomment.az

2Mənbələr