EN

Xaçmazda avtomobil çaya aşıb, yaralanan var

Xaçmaz-Niyazabad kənd yolunda yol nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, çimərliyə aparan yolda "Range Rover" markalı avtomobil idarəetməni itirərək Qudyalçaya aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
7
day.az

8Sources