Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Referans Oxu.az-a istinadən xəbər verir ki, dəniz istiqamətində hərəkət edən “Range Rover” markalı avtomobil Niyazabad kəndi yolunda idarəetməni itirərək Qudyalçaya aşıb.
Hadisə nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.