Misli Premyer Liqasına hazırlaşan "Kəpəz" mövsümlərarası fasilədə növbəti futbolçu transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi burkina-fasolu Adama Fofana ilə anlaşıb.
25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisinin son klubu Türkiyədə “Adanaspor” olub.
O, bundan öncə "Varberq" (İsveç) və "Dijon" (Fransa) klublarında da forma geyinib.
Fofana Burkina-Faso yığmasında 2 oyun keçirib.
Qeyd edək ki, bu, "Kəpəz"in yayda sayca 3-cü transferi olub. Daha əvvəl Şakir Seyidov və Pedro Qomes heyətə cəlb edilib.