Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Viral.az xəbər verir ki, komanda C qrupunun sonuncu matçında Ukrayna yığmasını məğlub edib – 21:20.
Azərbaycan seçməsi qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çin komandası ilə qarşılaşacaq.
Son Yazılar:
- Millimiz Dünya Seriyasında 1/4 finala vəsiqə QAZANDI
- Gəncədə partlayışdan sonra yanıq xəsarətləri alan şəxs xəstəxanada ÖLDÜ
- Naftalanda sanatoriyada kişin meyiti TAPILDI
Görüş sabah Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib – 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın “Tsukuba” (21:10) və İsveçrənin “Lozanna” (21:11) komandalarını üstələyib.