EN

Günəşdə son bir gündə 17 partlayış qeydə alınıb

İyulun 11-i günorta saatlarından etibarən Günəşdə fəal mərkəzlərin sayı və sahəsi sürətlə artmağa başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, oxşar fəallıq Günəşin Yerdən görünməyən əks tərəfində də müşahidə olunur. Hazırda bu prosesi Avropa Kosmik Agentliyinin “Solar Orbiter” aparatı izləyir.

Məlumata əsasən, iyulun 11-dən 12-dək Günəşdə ümumilikdə 17 partlayış baş verib. Bu, ayın orta göstəriciləri ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Chosen
127
12
aznews.az

10Sources