EN

Aeroport yolunda TƏHLÜKƏ - Məlumat verici nişan götürülübVİDEO

Əsas yoldakı məlumatverici nişan sökülüb...

Xezerxeber.az xəbər verir ki, söhbət Bakının magistral yollarından biri, Zığ- hava limanı yolundan gedir.

Niyə sökülüb, səbəb nədir, bu barədə açıqlama isə aidiyyatı qurumlar tərəfindən hələ verilməyib.

Nəqliyyat ekspertinin sözlərinə görə, avtomagistral yol nişanının xüsusi tələbləri var, indi isə o tələblərə əməl olunmaya, qəza şəraiti yarana bilər:

Qeyd edək ki, geri dönüşdəki paralel yolda da, magistral xəttin bitdiyini bildirən 5,2 nişanı götürülüb lakin, sürət həddi dəyişməyib. 

Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, bu məsələyə Yerüstü Nəqliyyat Agentliyi cavabdehdir. Həmin qurumdan isə qeyd olundu ki, məsələ araşdırılmalıdır, növbəti iş günlərində bu barədə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
19
1
xezerxeber.az

2Sources