EN

"iPhone 17" seriyasının rəng seçimləri məlum oldu

"Apple"ın sentyabr ayında təqdim edəcəyi "iPhone 17" seriyasının bəzi modelləri üçün nəzərdə tutulan rənglər üzə çıxıb.

Valyuta.az xəbər verir ki, standart "iPhone 17" və "iPhone 17 Air" modellərinin rəng seçimləri artıq bəlli olsa da, "Pro" və "Pro Max" versiyaları ilə bağlı hələlik heç bir sızma qeydə alınmayıb.

Sosial mediada yayılan vÉ™ "iPhone 17" modellÉ™rinin kamera qapaqlarına aid olduÄŸu 
iddia edilən görüntülərə əsasən, standart model aşağıdakı rənglərdə təqdim olunacaq:

Qara
Mavi
Gümüşü
Bənövşəyi
Yaşıl

Daha incə dizayna malik olacaq "iPhone 17 Air" isə bu rənglərdə bazara çıxacaq:

Qara
Açıq mavi
Açıq qızılı
Gümüşü

Hazırda "Pro" və "Pro Max" modellərinə dair rəng seçimləri ilə bağlı dəqiq məlumat olmasa da, bəzi mənbələr bu modellərdən birinin "göy mavisi" tonlarında ola biləcəyini iddia edir.

"Apple"ın təqdim etdiyi rənglər bir çox istifadəçi üçün sadəcə kosmetik dəyişiklik kimi görünsə də, texnologiya sektorunda bu seçimlər tez-tez digər istehsalçılara da istiqamət verir. Məsələn, "Apple"ın "Pro" modellərdə titandan istifadə etməyə başlamasından sonra "Samsung" kimi rəqiblər də oxşar yanaşmalara üstünlük verməyə başlayıblar. Bu il "Apple"ın yenidən bazara yön verəcək dərəcədə fərqli bir seçim edib-etməyəcəyi isə hələ ki, məlum deyil.

Sərvanə Rəmixanova

Chosen
11
valyuta.az

1Sources