Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirib.
Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb.
Fanatik Tur Meydançalarında baş tutan qarşılaşmada "Zirə" rəqibini məğlub edib -1:0.
Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.