
Rusiyanın Moskva vilayətində (Podmoskovye) qalmaqallı hadisə baş verib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir blogerin ağaca bağlanaraq döyüldüyü əks olunub. Yerli media və Telegram kanallarında yayılan xəbərlərə görə, döyülən şəxs müharibə veteranlarını təhqir etdiyi üçün “cəzalandırılıb”.
Məlumata görə, adı açıqlanmayan bu bloger qız sosial şəbəkələrdə veteranlar haqqında nalayiq ifadələr işlədib. Bundan sonra naməlum şəxslər onu taparaq meşəlik əraziyə aparıblar, ağaca bağlayıb əvvəlcə təhqir, sonra isə fiziki zorakılığa məruz qoyublar. Kadrlarda qızın qorxu içində olduğu, əllərinin və ayaqlarının ağaca bağlandığı, daha sonra isə donunu qaldıraraq, ağacla döyüldüyü, bu zaman isə dəhşətlə bağırdığı görünür.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının hər hansı rəsmi açıqlaması yoxdur. Bununla belə, videonun qısa variantı artıq onlarla Telegram kanalında yayılıb və geniş müzakirələrə səbəb olub.
Rusiya mediası bildirir ki, bu hadisə cəmiyyətin müəyyən təbəqələri tərəfindən “vətənpərvərlik cəzası” kimi qiymətləndirilsə də, hüquqşünaslar bunun açıq-aşkar qanunsuzluq və özbaşınalıq olduğunu vurğulayırlar.
Hadisənin detalları, eləcə də döyülən blogerin sağlamlıq durumu barədə məlumatlar dəqiqləşdirilir.