EN

“Leman”ın baş redaktoru həbs edildi


Türkiyədə peyğəmbərlərin karikaturasının dərc olunduğu “Leman” jurnalının baş redaktoru Aslan Özdemir həbs edilib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, Aslan Özdemirin həbs qərarı Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının dərci ilə bağlı aparılan istintaq çərçivəsində çıxarılıb.
Onun barəsində çıxarılan həbs qərarına görə, dünən Fransadan təyyarədən endikdən sonra İstanbul Hava limanında saxlanılan Aslan Özdemir İstanbul Ədliyyəsinə aparılıb.
Özdemirin ifadəsi alındıqdan sonra “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” ittihamı ilə həbs olunması tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.
Chosen
11
1
yeniavaz.com

2Sources