EN

Donnarumma PSJ ilə müqaviləni uzatmaq niyyətindədir

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Fransa təmsilçisində davam etdirmək niyyətindədir.

90deqiqe.Az-ın “Get French Football News” nəşrinə istinadən yaydığı xəbərə görə, 26 yaşlı qolkiperə Premyer Liqadan üç aparıcı klub maraq göstərsə də, onun prioriteti PSJ ilə yeni müqavilə imzalamaqdır.

İtaliyalı oyunçunun gələcək karyerası ilə bağlı qərar Klublararası Dünya Çempionatından sonra veriləcək. Hazırda qüvvədə olan müqavilə 2026-cı ilin yayında başa çatır.

Xatırladaq ki, PSJ Klublararası Dünya Çempionatının finalında bazar günü “Çelsi” ilə qarşılaşacaq. Görüş ABŞ-da keçiriləcək.

Chosen
29
90deqiqe.az

1Sources