EN

“Snapback” mexanizmi Avropa İttifaqının İranın nüvə proqramındakı rolunun sonu ola bilər – Nazir

Bakı. Trend:

3 Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) İranınnüvə proqramı ilə əlaqədar sanksiya mexanizminin yenidən tətbiqi“Snapback” bu ölkələrin İranın nüvə proqramındakı rolunun sonuolacaq.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşündə deyib.

Onun sözlərinə görə, sözügedən ölkələr “snapback” mexanizmiistiqamətində addım atarlarsa, İranın nüvə proqramı ilə əlaqədarkonfliktin həlli yenə də mürəkkəbləşəcək.

İranlı nazir deyib ki, “Snapback” mexanizmi bəlkə də İranın 3Avropa ölkəsi tarixində heç vaxt silinməyəcək qara nöqtə olabilər.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cümüddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfinplanı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources