EN

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir.

APA xəbər verir ki, bununla bağlı anonim mənbələr Axios-a məlumat verib.

Məlumata əsasən, Putin bu mövqeyini həm iranlı rəsmilərə, həm də ABŞ prezidenti Donald Trampa bəyan edib.

Rusiya lideri İran rəsmilərini uranın zənginləşdirilməsini tamamilə qadağan edən bir razılaşmanı qəbul etməyə çağırıb. Buna baxmayaraq, İran tərəfi isə belə bir variantın nəzərdən keçirilməyəcəyini deyərək Putinin çağırışına mənfi cavab verib.

Qeyd edək ki, Rusiya rəsmi şəkildə sülh məqsədləri üçün istifadə olunması şərtilə İranın nüvə proqramını dəstəkləyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
50
apa.az

10Sources