Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Süleymaniyyənin Surdaş rayonunun sərhədindəki Cesena mağarasından çıxan qruplaşma üzvləri silahlarını onlar üçün ayrılmış ərazidə metal qazana atıblar.
Təhvil verilən silahlar arasında “Kalaşnikov” avtomatı, digər avtomat silahlar, raketatan və snayper silahları olub.
Türkiyədə 47 ildir minlərlə insanın həyatına son qoyan həmin silahların məhv edilməsi görüntülərini təqdim edirik:
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.