EN

Bakıdan Şama uzanan körpü: Azərbaycan Suriya ilə yeni mərhələyə keçir

İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Əl Şaraa ilə geniş və  məhdud tərkibdə görüşləri olub.

Ekspertlərin fikrincə, bu səfər Əhməd əl‑Şaraanın Azərbaycanla münasibətlərə ciddi maraq göstərdiyini nümayiş etdirir. Eyni zamanda rəsmi Bakının Yaxın Şərqdəki diplomatik körpü rolunun gücləndiyini göstərir.

Şübhəsiz ki, Əhməd Əl Şaraanın Bakı səfəri qarşılıqlı iqtisadi faydalara yol açaçaq.

Onun Azərbaycana gəlişi Suriyanın hazırkı rəsmi strukturlarının Azərbaycanla açıq dialoqa üstünlük verdiyini göstərir.

Bu səfər Azərbaycan‑Suriya münasibətlərində yeni səhifə kimi də qiymətləndirilə bilər.

Təsadüfi deyil ki, Suriyadakı hakimiyyət dəyişikliklərindən sonra rəsmi Bakı özünün nümayəndə heyətinu bu ölkəyə göndərmiş və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa etmişdi.

Əhməd Əl Şaraanın Bakıya gəlişi regional əməkdaşlıq, iqtisadi investisiya, bərpa layihələri və diplomatik əlaqələrin gücləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Elə səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da bundan xəbər verir.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıya dəvət edilmişdi.

Xatırladaq ki, 2025-ci il aprelin 11-də Antalyada dövlət başçılarının görüşü olmuşdu.

Suriya Ərəb Respublikasının ölkəmizlə münasibətlərə üstünlük verməsi Azərbaycan şirkətlərinin Suriya bazarında fəaliyyətə başlamasının mümkünlüyünü gücləndirir.

Əhməd əl‑Şaraanın bundan əvvəlki bəyanatlarında energetika, yol və infrastruktur sahələrinin bərpası xüsusi vurğulanıb – bu isə layihə əsaslı əməkdaşlığa zəmin yaradır.

Qeyd edək ki, Azərbaycan şəhərsalma və ağıllı kənd layihələrində təcrübəyə malikdir. Bu model Suriyada da tətbiq oluna bilər.

Bundan başqa, Azərbaycan regionda terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyi sahəsində də təcrübə qazanıb. Suriyanın daxili təhlükəsizlik və sabitlik məsələləri fonunda bu təcrübə önəmli ola bilər.

Azərbaycan və Suriya arasında əməkdaşlıq kontekstində təhsil, səhiyyə və sosial proqramların da ön plana çıxması mümkündür. Azərbaycan bu sahədə Suriyaya təqaüdlər, kurslar və mübadilə proqramları təklif edə bilər.

Şübhəsiz ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qazandığı nüfuz, humanitar proqramların genişlənməsi üçün platforma rolunu oynaması Suraiya Ərəb Respublikası üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan Yaxın Şərqdə neytral və etibarlı tərəfdaş imici qazanıb. Bu səbəblə Suriya onu üçüncü tərəf ölkələrlə vasitəçi kimi də görə bilər.

İki ölkə arasında əlaqələr planlı şəkildə inkişaf etdirilərsə, Azərbaycan Suriyada həm iqtisadi iştirakçı, həm də diplomatik platforma oyunçusu rolunu gücləndirə bilər. Eyni zamanda, Suriyanın Azərbaycanın enerji, kənd təsərrüfatı və bərpa sahəsində təcrübəsindən faydalanması mümkündür.

A.Qorxmaz

Chosen
24
50
modern.az

10Sources