EN

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçirilir

Şahdağ Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçirilir.

Day.Az xəbər verir ki, sammitdə Türk Dövlətləri Təşkilatının və Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan Respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak edirlər.

Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr və təqdimatlar təşkil olunacaq.

Xəbər yenilənəcək

Chosen
38
12
day.az

10Sources