AZ

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı növbəti Qaçış Festivalını Türkiyədə keçirəcək

"Bu gün ümumi yığıncaq keçirdik və növbəti Qaçış Festivalının Uludağ Kurortunda keçiriləcəyinə qərar verildi".

Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.

O bildirib ki, İttifaqa üzv ölkələrdə illik xizək və snoubord yarışları keçirilməsi, həmçinin mədəni tədbirlərin təşkili planlaşdırılır:

“Növbəti yarış gələn mövsüm baş tutacaq və biz çox sevinirik. Ümumiyyətlə, bütün kurortlara baş çəkmişik, amma Uludağ bizim üçün yəqin ki, ilk təcrübə olacaq.”
Seçilən
32
12
sherg.az

10Mənbələr