EN

Təbiətin sirli sənətkarları: Kəpənəklər haqqında az bilinən 10 fakt

Kəpənəklər, adətən, rəngarəng qanadları və zərif uçuşları ilə tanınsalar da, onların bioloji quruluşu və davranışları çoxlarını təəccübləndirəcək qədər maraqlıdır. 

Yenisabah.az xəbər verir ki, insan gözü üçün sadə və estetik görünən bu canlılar əslində, təbiətin ən sirli möcüzələrindən biridir.

Kəpənəklərin dad reseptorları ayaqlarındadır pizza mizza

Kəpənəklər çiçək və ya bitkinin üzərinə qonduqları anda ayaqları ilə dadını hiss edə bilirlər. Beləliklə, hansı bitkinin yumurta qoymaq və ya qidalanmaq üçün uyğun olduğunu seçirlər.

Kəpənəklər eşidə bilirlər

Bəzi kəpənəklərin qanadlarının altında yerləşən "qulaqcığa bənzər orqanlar" var. Onlar bu sayədə səs dalğalarını eşidə və məsələn, yarasa kimi təhdidləri hiss edə bilirlər.

Bəzi kəpənəklər bədən temperaturunu günəşlə tənzimləyir

Kəpənəklər soyuq havada uça bilməzlər. Onlar günəş vannası qəbul edərək qanadlarını və bədənlərini istilədikdən sonra hərəkətə keçirlər.

Bütün kəpənəklər gündüz aktiv deyil

Onları, adətən, günəşli havada görsək də, bir çox kəpənək növü gecə aktivdir. Onlara "gecə kəpənəkləri" deyilir və onların bir çoxu daha solğun rənglərə malik olur.

Bəzi kəpənəklər şəffaf qanadlara malikdir

Məsələn, "Glasswing Butterfly" (Şüşəqanad kəpənəyi) adlı növün qanadları şəffafdır və arxa fonu göstərir. Bu, onları təbiətdə demək olar ki, görünməz edir.

Tırtıldan kəpənəyə çevrilən zaman bütün bədəni "əridilir"

Kəpənəklər pupadan çıxmazdan əvvəl daxili orqanları, əzələləri və hətta beyini yenidən formalaşır. Bu tam bir bioloji yenidən doğuş prosesidir.

Kəpənəklər minlərlə kilometr miqrasiya edə bilər

Ən məşhur misal – Monarx kəpənəkləridir. Onlar Kanadadan Meksikaya qədər 4,000 km-lik məsafəni qət edir, və bu miqrasiyanı bir neçə nəsil boyunca davam etdirirlər.

Bəzi kəpənəklər "xatırlama qabiliyyəti" ilə doğulur

Elmi araşdırmalar göstərib ki, tırtıl ikən öyrəndikləri bəzi qoxuları kəpənəyə çevrildikdən sonra da xatırlaya bilirlər.

Kəpənəklər ultrabənövşəyi işığı görə bilirlər

İnsan gözünün görə bilmədiyi ultrabənövşəyi spektri kəpənəklər çox rahatlıqla seçə bilirlər. Bu, onlara bitkiləri daha effektiv tapmaqda və digər kəpənəklərlə ünsiyyətdə kömək edir.

Bəzi kəpənəklər ölü heyvanların qanı ilə qidalanır

Bəli, doğru oxudunuz. Məsələn, "metalmark" kimi bəzi tropik növlər ölmüş heyvanların bədənlərindən mineral və duzları soraraq qidalanırlar. Bu, onları adi nektarla qidalananlardan fərqləndirir.


Telegram kanalımız
Chosen
5
1
yenisabah.az

2Sources